Qarabağ Azərbaycanın bir hissəsidir – İran XİN

13:47 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimə sirr deyil. Qarabağ Azərbaycanın bir hissəsidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

“Bu regionun sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivələr çərçivəsində müəyyən edilməli və təmin edilməlidir. Bu, bizim aydın mövqeyimizdir”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.