Qarabağdakı separatçı rejim Rusiya ilə YAXINLAŞMAĞA ÇALIŞIR

14:55 01.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qarabağ torpaqlarındakı separatçı-terrorçu erməni rejimi Rusiya ilə münasibətləri daha da yaxınlaşdırmağa çalışır. Moskvaya rejim rəhbərləri ilə yanaşı, “müxalifət” dairələri də səfərlər edir. Ötən həftə qanunsuz qondarma “parlament”in müxalif "Ədalət" “fraksiya”sının üzdəniraq “deputat”ları Rusiya paytaxtında olublar.

Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Rusiya Federasiyasının paytaxtında biz ictimai təşkilatların nümayəndələri, siyasi və mədəniyyət xadimləri ilə görüşdük, xüsusən də Rusiya Federasiyası Federasiya Şurasında keçirilən görüşlərə önəm veririk”, - deyə “fraksiya” rəhbəri David Qalstyan bildirib.

“Müxalifətçilər artıq Moskvadan qayıdıblar, onlar Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsinə töhfə verəcək ictimai təşkilatlar yaratmağa hazırlaşırlar. Yeri gəlmişkən, oraya Qarabağın hakim dairələrindən yalnız iki məmurun səfər etdiyini deyirlər - prezident Arayik Arutyunyan və qəribə də olsa, müharibədən sonra respublikanın ərazi idarəetmə və infrastruktur naziri postunu tutan(keçm. “müxalifətçi”) Ayk Xanumyan...”- erməni qəzeti belə  yazır.