Qazaxıstan Rəyasət Heyətinin yaydığı bəyanatda bildirilir ki, prezident Kasım-Jomard Tokayev 4 iyun 1999-cu il tarixli ixtiraların hüquqi mühafizəsi sahəsində dövlətlərarası sirlərin qarşılıqlı təminatı haqqında müqavilənin ləğvini nəzərdə tutan qanunu imzalayıb.
Hafta.az-ın yazdığına görə, SSRİ dövründə mühüm ixtiralarla bağlı məlumatların məxfiliyini təmin etmək və sirlərin açılması qaydasını müəyyən etmək məqsədi daşıyan müqaviləni Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin hökumət başçıları 4 iyun 1999-cu ildə Belarusun paytaxtı Minskdə imzalayıb.
Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev, parlamentdə məsələ ilə bağlı verdiyi açıqlamada, 20 ildir qüvvədə olan müqavilənin artıq aktual olmadığına diqqət çəkərək, “Müqavilənin bütün qüvvədə olduğu müddət ərzində, SSRİ-də yaradılmış məxfi ixtiraların sənədlərin verilməsi və məxfilikdən çıxarılması ilə bağlı MDB üzvü olan ölkələrdə bir dənə də olsun hal qeydə alınmayıb" deyib.