Qazaxıstan Prezidenti Zelenskiyə də zəng etdi

23:54 02.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

 

Hafta.az xəbər verir ki, bu barədə Zelenski tvitter hesabında məlumat paylaşıb.

 

“Regiondakı gərgin təhlükəsizlik vəziyyətini müzakirə etdik. Biz humanitar məsələlərdə əməkdaşlığa razılaşdıq. Əlaqədəyik”, - deyə Prezident vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə də telefon söhbəti olmuşdu.