Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb.
Hafta.az-ın yazdığına görə, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın məsələlərini və dövlət auditi sahəsində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Səfir Hesablama Palatasının rəhbərliyinə və kolletivinə Qazaxıstanla uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlıq və məhsuldar tərəfdaşlığa görə minnətdarlığını bildirib. Diplomat daha sonra Vüqar Gülməmmədova "Qazaxıstan Respublikasının respublika büdcəsinin icrasına nəzarəti üzrə Hesablama Komitəsinin 25 illiyi" medalını təqdim edib.