Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı danışıqların predmeti olmalıdır – Millət vəkili  

15:50 07.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı danışıqların predmeti olub və olmalıdır.

Bu fikirləri hafta.az-a Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli bildirib:

Deputat Brüsseldə sonuncu üçtərəfl görüş zamanı prezident İlham Əliyevin Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması məsələsini gündəmə gətirdiyini xüsusilə vurğulayıb.

“Əgər Qarabağ müharibəsi bitdisə, Qarabağ münaqişəsinin yekunu olaraq bu münaqişənin nəticələri aradan qaldırılırsa, Qərbi Azərbaycandan sonuncu deportasiya Qarabağ müharibəsinin birinci mərhələsində baş veribsə təbii ki, bu insanların öz tarixi torpaqlarına qayıdışı bağlanacaq sülh sazişinin predmeti olmalıdır. Bu aksiomadır və insanlarımız öz evlərinə, torpaqlarına qayıtmalıdırlar”.

Əziz Ələkbərli hesab edir ki, dünyanın səsimizi yaxşı eşidə bilməsi üçün, eləcə də  Qərbi Azərbaycan həqiqətlərinin, indiki Ermənistan ərazilərində soydaşlarımızın min illər ərzində yaratmış olduğu tarixi maddi -mədəniyyət nümunələrinin xalqımıza məxsus olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün Qərbi Azərbaycanla bağlı intensiv tədbirlərin keçirilməsi zəruridir.

“Biz İcma olaraq Qərbi Azərbaycanla bağlı tədbirləri xarici ölkələrdə də təşkil eləməyi nəzərədə tutmuşuq”-deyə, deputat bu istiqamətdə görüləcək çox mühüm işlərin olduğunu bildirib.