Qəzzanın bombardmanı regionda güclü zəlzələyə səbəb ola bilər - Məşhur seysmoloq

18:14 07.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağı ikinci aydır ki, kütləvi bombardmanlara məruz qalır. Bununla bağlı niderlandlı seysmoloq Frenk Huqerbits bunun regionda böyük zəlzələ ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Hafta.az xəbər verir ki, niderlandlı alim özünün “X” (keçmiş “Twitter”) hesabında belə yazıb:

“Dünya İsraili bu çılğınlığı dayandırmağa məcbur etməlidir. Fələstinlilərin soyqırımına əlavə olaraq bu bombardmanlar son nəticədə bölgəyə böyük seysmik təsir göstərəcək və Ölü dəniz boyunca böyük zəlzələlərə səbəb olacaq”.

Xatırladaq ki, F.Huqerbits bu ilin fevralında Türkiyə və Suriyada baş vermiş zəlzələnin vaxtını və yerini bir neçə gün öncədən təxmini proqnozlaşadırmışdı.