Qırğızıstanda özünü niqabla örtənlər cərimələnəcək

10:05 27.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan parlamenti dini qanunvericiliyi gücləndirən sənəd layihəsini dəstəkləyib.

Hafta.az-ın “AKIpress”ə istinadən yazdığına görə, qanuna edilən dəyişikliklər vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən geyim geyinməyə görə cərimənin tətbiqini nəzərdə tutur.

Qanun layihəsində həmçinin dini siyasi partiyaların yaradılması və onların dini fəaliyyətdə iştirakı qadağan edilir. Eyni zamanda, dövlət müəssisələrində və ya ictimai yerlərdə şəxsiyyətini gizlədən paltar geyinməyə görə 20 min som cərimə nəzərdə tutulur. İstisnalar əmək fəaliyyəti və tibbi göstərişlərlə bağlı hallarda istifadə olunur. Dini abidələrdə seçkiqabağı təşviqat, yığıncaq və digər siyasi fəaliyyətlər keçirən şəxslərə də analoji cərimə tətbiq edilib. Hüquqi şəxslər üçün cərimələr 65 min som təşkil edir.

Qanun layihəsində bəzi ictimai yerlərdə, o cümlədən məktəbəqədər və ümumi təhsil müəssisələrində, yaşayış binalarında dini ədəbiyyatın yayılmasına qarşı tədbirlərin görülməsi də nəzərdə tutulur.

Dini zəmində ayrı-seçkiliyə görə fiziki şəxslər üçün 20 min, hüquqi şəxslər üçün 65 min manat məbləğində cərimə tətbiq edilir.

Sənəd imzalanmaq üçün Qırğızıstan prezidenti Sadir Japarova göndərilib.