Quba sakinindən civə götürülüb 

15:43 19.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan hafta.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayonun 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.