Yazını böyüt
Yazını kiçilt
Şamaxıdan Quba rayonuna yol layihəsi nəzərdə tutulmayıb.
Hafta.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, bu sadəcə bir fikir olub. Layihə olmayıb:
"Bu gün araşdırıldı ki, Qubadan Şamaxıya yol çəkilməsi hələlik əhəmiyyətli deyil. Ona görə də bu təşəbbüs hələlik dondurulub. Gələcəkdə bu məsələ yenidən gündəmə gələrsə, yolun çəkilməsi məsələsinə baxıla bilər".