Qubadlıya yeni prokuror təyin edildi

12:34 28.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

 

Hafta.az xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin olunub. 

 

Qubadlıda anadan olan Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb.