Qurutma kamerasında yanğın olub

20:50 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala rayonunun Aşağı Tala kəndində istehsalat müəssisəsinin ərazisində ümumi sahəsi 12 m² olan qurutma kamerasında xurma ilə dolu 400 ədəd taranın 100 ədədi yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, taraların qalan hissəsi və qurutma kamerası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.