Yazını böyüt
Yazını kiçilt
“4 kəndin danışıqlar yolu ilə hər hansı vasitəçilər olmadan geri qaytarılması mühüm addımdır. Bu, Azərbaycanın 44 günlük müharibədə və antiterror əməliyyatlarda əldə etdiyi qələbənin nəticəsidir”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov 4 kəndin qaytarılması və bu ərazilərdə sərhəd qoşunlarının yerləşdirilməsi ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, bundan sonra da sərhədlərin digər istiqamətlərində delimitasiya və demarkasiyanın həyata keçirilməsi, Naxçıvandakı kəndin geri qaytarılması istiqamətində də addımlar olacaq.
“Uzun müddət demarkasiyadan imtina edən Ermənistanın 4 kəndi qaytarması, artıq sərhəd qoşunlarımızın həmin əraziləri nəzarətə götürməsi digər problemli məsələlərin həlli istiqamətində davam edəcək”.