Rus professor Kolumbiyada bələdiyyə sədri seçildi

10:45 31.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyada universitetdə müəllim işləyən rusiyalı iqtisadçı professor Mixail Krasnov 150 min nəfər əhalisi olan Tunca şəhərinin bələdiyyə sədri seçilib.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Saratov şəhərində anadan olan Krasnov bələdiyyə seçkilərində 32 faiz səs toplayaraq sədr postunu tutub. Krasnovun uzun illər Kolumbiyada yaşadığı və bu ölkədən vətəndaşlıq aldığı bildirilir.

“Novye İzvestiya” portalı Mixail Krasnovun seçkilərdə namizəd olması üçün 32 min imzanın toplandığını yazıb. Krasnov bölgəyə xarici sərmayələri, o cümlədən Rusiya şirkətlərini gətirəcəyini vəd edir.