Rus sülhməramlılarının erməni qızları ilə “əlaqələr”i... - İttiham

18:39 09.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Müharibənin bitdiyi elan olunsa da, regionda vəziyyət gərgin olaraq qalır. Vəziyyətin belə qeyri-stabil qalması bizi istəməyən dövlətlərin marağındadır.

Bu fikirləri hafta.az-a hərbi ekspert Ramiz Şərifov deyib. Onun sözlərinə görə, əgər Laçın dəhlizi bağlanmayıbsa, erməni terorrçularının sistematik olaraq o yoldan keçmək imkanları varsa, vəziyyət hələ uzun müddət belə davam edə bilər.

R.Şərifov bildirib ki, bu gün Azərbaycan ordusu şəhid verirsə,  ermənilərin də böyük itkiləri olur.  

“Hər kəs bilməlidir ki, Azərbaycan Ordusu şəhidlərinin qanını yerdə qoymur. Əgər biz 1 şəhid veririksə, düşmənin 10 hərbi yaraqlısı məhv edilir.  Azərbaycan Ordusunun hərbi potensialı elədir ki, regionda olan hərbi birləşmələri qısa zaman müddətində məhv edə bilər”.

R.Şərifov qeyd edib ki, vəziyyət belə davam edərsə, Azərbaycan Ordusu antiteror əməliyyatı aparmağa məcbur qalacaq. 

“Dünya və region ölkələri də anlayacaqlar ki,  ermənilər 10 noyabr bəyanatının müddəalarını icra etmək istəmir.  Ali Baş Komandan 10 noyabr üçtərəfli atəşkəs bəyanatına imza atan zaman regionun hegemon dövləti olan Rusiya bu prosesdə vasitəçi və təminatçı rolunda çıxış elədi. Yəni üçtərəfli bəyanata əsasən müharibə bitib və onun müddəaları icra edilməlidir. Hərbi vəziyyətə gəldikdə isə elə bir mühit yaratmaq istəyirlər ki, mülki şəxslərin əraziyə qayıtması təhlükəli olsun.  Yəni hələ də Azərbaycana müharibənin bitmədiyini hiss etdirmək istəyirlər. Bu istər-istəməz insanların psixologiyasına təsir edən amildir. Amma biz 44 gün ərzində o torpaqları düşmənin əsarətindən azad etdik. Azərbaycan xalqı, ordusu bütün bunlara 5-10 gün, 1-2 il dözüb, axır öz cavabını verəcək. Bir gün Azərbaycan Ali Baş Komandanı  antiterror əməliyyatı keçirməklə bağlı əmr versə, buna hərbi potensialımız çatır”.

R.Şərifov hərbi təxribatların Ermənistan-Azərbaycan sərhəddində erməni silahlı qüvvələri tərəfindən baş verməsi məqamına toxunmaqla yanaşı, əslində belə təxribatların arxasında Rusiyanın dayandığını deyib. Onun fikrincə, bu təxribatlar Rusiyanın Ermənistan-Azərbaycan sərhəddində yerləşmək planının tərkib hissəsidir.   

“Axırda ermənilər üzünü Rusiyaya tutub deyəcək ki, biz bacara bilmirik, gəlin sərhəddə siz durun.  Bu oyunun bir nöqtəsi var. Bilirsiz ki, Ermənistan-Türkiyə, Ermənistan-İran sərhəddini Rusiya qoruyur. İndiki amalları odur ki, Azərbaycanla Ermənistan sərhəddini də qorusunlar.  Ona görə də hesab edirəm ki, atəşkəsin pozulması hələ uzun müddət belə davam edəcək”.

Hərbi ekspert hesab edir ki, bu gün qanunla, yəni üçtərəfli bəyanata əsasən Rusiya Ermənistan silahlı qüvvələrinin sülhə gətirilməsinin qarantı olmalıdır.  Erməni silahlıları Azərbaycan ərazilərini tərk eləməli, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa erməni silahlılarının keçməsinin qarşısı alınmalıdır.

“Amma  ruslar bəyanatdan irəli gələn bu məsələni yerinə yetirmir.  Çünki prosesin belə davam etməsi rusaların maddi marağındadır. Ola bilər ki, rusa kimsə bir araq verib, ona istədiyini elətdirir. Son məlumatlara görə rus sülhməramlıları ilə erməni qızlarınin qurduğu müxtəlif “əlaqələr” barədə məlumatla buna sübutdur. Amma rəsmi əmr verilərsə məsələ həllini tapa bilər. Deməli, vəziyyətin gərginləşməsi yuxarıdan idarə olunar”.

Oxunma sayı 561
Siyasət rubrikasından digər xəbərlər