Rus xalqı müharibə ilə bağlı nə deyir?

10:38 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlətin nəzarətində olan VTsIOM şirkətinin sorğusuna əsasən, Rusiyada əhalinin 68 faizi Ukraynaya qarşı hərbi təcavüzü dəstəkləyir.

Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, iki il əvvəl müharibənin əvvəlində vətəndaşların 65 faizi bu hücumun tərəfdarı idi.

Sorğuda iştirak edənlərin 19 faizi müharibəyə qarşıdır. Hansı ki, 2022-ci ilin fevral ayında bu nisbət yüzdə 25 olub.

Sorğu iştirakçılarının 13 faizi bu məsələ ilə bağlı fikirlərini bildirməkdə çətinlik çəkir.

Müharibənin əsas məqsədi barədə suala cavab verənlərin 43 faizi Rusiyanın müdafiəsini, Ukraynanın tərksilah edilməsini və onun ərazisində NATO bazalarının yerləşdirilməsinin qarşısının alınmasını vurğulayıb. 20 faiz bunun Donbassdakı insanları qorumaqdan, 15 faiz isə Ukraynanı nasistlərdən və indiki administrasiyadan azad etməkdən getdiyini deyir.

Digər tərəfdən, Moskvada yerləşən “RussianField”in apardığı başqa bir sorğuya görə, 38 faiz imkan olsa, müharibəyə başlamaq qərarından dönəcəklərini bildirib.

2022-ci ilin mart ayı ilə müqayisədə belə insanların sayı 10 faiz artıb.

Müharibənin olduğu kimi davam etməsini istəyənlərin nisbəti yüzdə 49 faizdir, 2022-ci ilin mart ayında bu nisbət 57 faiz olub.

“RussianField” bildirib ki, respondentlərin 71 faizi müharibənin vaxtının gecikdiyinə inanır.

Üçüncü ilinə qədəm qoyan respondentlərin 44 faizi hesab edir ki, münaqişə bir il ərzində dayandırıla bilməz.

İştirakçıların 56 faizi Rusiya ordusunun hərəkətlərini “uğurlu” hesab etdiklərini bildirib.

Oxunma sayı 119
Siyasət rubrikasından digər xəbərlər