Ekvador Rusiya və Ukrayna hərbi texnikasının ABŞ-a vermək fikrindən daşınıb.
Hafta.az-ın yazdığına görə, yanvarda Ekvador rəhbəri Daniel Noboa, əvəzində 200 milyon dollar dəyərində yeni texnika almaq üçün ABŞ-a Rusiya və Ukrayna hərbi texnikası verməyi planlaşdırdığını açıqlamış və Vaşinqtonun gələcəkdə bu hərbi texnikanı Ukraynaya göndərə biləcəyini etiraf etmişdi.
Bu iddialar mətbuatda əksini tapdıqdan sonra Rusiya Ekvadordan banan almağa qadağa qoyub. O, Ekvadoru bu cür hərəkətlərin yolverilməzliyi ilə bağlı xəbərdar edib və bunun ikitərəfli əməkdaşlıqda mənfi nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Ekvador prezidenti Daniel Noboa bu iddialara cavab olaraq bildirib ki, hərbi texnika metal qırıntılarıdır.
Bununla belə, Rusiya fevralın 16-da danışıqlardan sonra Ekvadordan banan tədarükünə qoyulan qismən qadağanı ləğv etdiyini açıqlayıb. Eyni zamanda Ekvadordan ABŞ-a hərbi maşın və texnikanın daşınmasının dayandırıldığı xəbəri də yayılıb.
Ekvador prezidenti Daniel Noboanın köhnə Rusiya və Ukrayna hərbi texnikasının ABŞ-a veriləcəyini elan etməsindən sonra “Rosselxoznadzor” beş ixracatçı şirkətdən Ekvadordan gətirilən bananda donqar milçəyi olduğuna görə banan sertifikatını dayandırmağı xahiş edib.
Ekvadorun Xarici Ticarət Naziri Sonsoles Qarsia, qərarın 25 min iş yeri və 3 mindən çox kiçik istehsalçıya təsir etdiyini söyləyib.
Ekvador 2023-cü ildə 6,5 milyon ton banan ixrac edib ki, bunun 21 faizi Rusiyaya göndərilib.