“Rusiya bir daha üzünü Qərbə çevirməyəcək” - Boris Titov

10:44 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Rəyasət Heyətinin biznes ombudsmanı Boris Titov bildirib ki, sabah sanksiyalar götürülsə belə, onlar bir daha üzlərini Qərbə çevirməyəcəklər. Titov, "Qərb indi geridə qalmış mərhələdir, bəşəriyyətin gələcəyi Şərqdədir" deyib.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, Titov, Şərqin Rusiya ilə dost olmaqla yanaşı, ticari və iqtisadi əlaqələri də inkişaf etdirmək istədiyini bildirib.

Titov həmçinin deyib ki, bu vəziyyət təkcə Vaşinqton və Brüssel administrasiyalarının Rusiyaya münasibəti ilə bağlı deyil.

Qərbi “bəşəriyyətin keçmişi” kimi xarakterizə edən ombudsman gələcəyin Şərqdə və “qlobal cənubda” olduğunu iddia edib.

Siyasət rubrikasından digər xəbərlər