Rusiya Çernobıl AES-i HƏDƏF ALDI

19:09 24.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır, onlar Belarus ərazisindən zonaya daxil olublar.

"Milli Qvardiyaçılar işğalçılara şiddətli müqavimət göstərirlər. Rusiya işğalçı qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır".

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Tvitter hesabında məlumat verib."Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu, bütün Avropaya müharibə elanıdır", - o yazıb.

Belarus ərazisindən işğalçıların qoşunları Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil oldu. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Facebook səhifəsində məlumat verib.

"Təhlükəsiz radioaktiv tullantılar anbarını qoruyan Milli Qvardiyaçılar inadkar müqavimət göstərirlər. Əgər nüvə tullantıları anbarı kafirlərin artilleriya zərbələri nəticəsində məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Aİ ölkələrinin ərazilərini bürüyə bilər". bəyanatında deyilir.