Yazını böyüt
Yazını kiçilt
Rusiya Maliyyə Nazirliyi ölkəni tərk etmək istəyən xarici şirkətlərdən alınan “könüllü ödəniş”in 15 faizə qədər artırılacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, mövcud təcrübədə xarici aktivlərin bazar dəyərinin yarısının ən azı 10 faizi büdcəyə, 90 faizdən çox endirim edildiyi halda isə tam bazar dəyərinin 10 faizi büdcəyə daxil olur.
Yeni yığım dəyəri aktivlərin tam bazar dəyərinin 15 faizi kimi formalaşacaq. RBC qəzetinə danışan nazirlik rəsmiləri qərarın yaxın günlərdə ictimaiyyətlə paylaşılacağını açıqlayıb.
Rusiya bazarını tərk etmək istəyən şirkətlər Maliyyə Nazirliyinin razılığını almalıdırlar.
2023-cü ildə bazarı tərk edən şirkətlərin ödədiyi ümumi “könüllü ödəniş” 114,5 milyard rubl (1,2 milyard dollar) təşkil edir.