Rusiya futboluna da ERMƏNİ NƏZARƏT EDƏCƏK

16:37 09.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Premyer Liqasının (RPL) müvəqqəti prezidenti Aşot Xaçaturyants, təşkilatın rəhbəri vəzifəsinə irəli sürülən yeganə namizəd olub.

Hafta.az xəbər verir ki, bu barədə TASS Rusiya Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 5 -də təşkilata 2007 -ci ildən rəhbərlik edən Sergey Pryadkin Rusiya Premyer Liqasının prezidenti vəzifəsindən istefa verib. Premyer Liqanın yeni prezidentinin seçimi noyabrın 22 -də keçiriləcək. Təşkilatın prezidenti vəzifəsinə müraciətlər 5-8 oktyabr tarixlərində qəbul edilib.

Aşot Xaçaturyantsın 53 yaşı var, 2019 -cu ilin noyabr ayından etibarən Rusiya Futbol İttifaqının (RFU) hakim komitəsinin rəhbəridir. RFF Prezidenti yanında Ekspert və Məhkəmə Komissiyasının sədridir, 2020 -ci ildən RFF İcraiyyə Komitəsinin üzvüdür.

Oxunma sayı 592