Rusiya hakerləri Ağ Evin saytını sındırdı

18:19 18.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Russian Killnet" hakerləri eksperimental hücum nəticəsində Ağ Evin saytına daxil olublar.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki,  rusiyalı hakerlər bu barədə sosial şəbəkələrdə məlumat yayıblar.

“Ağ Evə sınaq hücumu çox uğurlu oldu. Əlbəttə ki, biz daha çox istəyirdik, lakin sorğu filtrləmə sisteminin intensivliyini nəzərə almadıq" -deyə "We are Killnet" telegram-kanalı xəbər verir.

Xəbərdə həmçinin qeyd edilir ki, Ağ Evin internet saytı bir müddət tamamilə bağlanıb.