Yazını böyüt
Yazını kiçilt
Rusiya işğalçıları Çerniqov vilayətinin Koryukovka kəndində kilsə binasını qarət ediblər.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin mətbuat xidməti “Facebook”-da məlumat yayıb.
Skinovskaya kilsəsinin dyakonunun qeyd etdiyi kimi, ruslar pəncərəni sındıraraq kilsəni qarət ediblər, ərzaqları çıxarıblar və hətta zibil qutusunda da eşələniblər.
"Ruslar qaçır, amma kilsəni qarət ediblər. Onlar hətta bundan həya etmədilər. Pəncərədən giriblər, kilsədən ərzaq oğurlayıblar... Onlar ərzaq oğurlayırlar… Yəni onların problemləri var. Əziz qardaş və bacılar, İşğalçıya bir dənə də olsun, buğda, bir damcı su da verməyin. Qoy evlərinə gedib Putindən ərzaq istəsinlər”, - keşiş belə deyib.