Rusiya ordusu Ermənistanda antiterror təlimlərinə başladı...

12:15 15.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının antiterror qrupunun əsgərləri Gümrü qarnizonu ərazisində keçirilən təlim çərçivəsində şərti düşmənin hücumunu dəf ediblər.

 Hafta.az xəbər verir ki, bu haqda məlumat yayan  RF Cənub Hərbi Dairəsinin mətbuat xidməti təfərrüatları təqdim edib.

Təlim planına əsasən, şərti bandit qrupu qarnizonun ərazisinə soxulmağa cəhd göstərib. Hərbi qulluqçular döyüş maşınından açılan atəşin dəstəyi ilə şərti düşmənin təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib, nəqliyyat vasitələrində və ətraf ərazilərdə partlayıcı qurğuların olub-olmamasını da yoxlayıblar.

 

Döyüş vəziyyəti yaratmaq üçün müxtəlif simulyasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, tüstü və səs qumbaralarından istifadə edilib