Rusiya ordusunun zabiti "hücumun qarşısını almadığı" üçün həbs edilir

13:40 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sovet İttifaqının dağılmasından sonra ilk dəfə Rusiyada bir zabit “vəzifəsini yerinə yetirmədiyi” üçün məhkəməyə verilib.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, Belqrad vilayətində növbətçi zabit Ukraynanın raket hücumunun qarşısını ala bilmədiyi iddiası ilə 10 il həbs cəzası alacaq.

Prokurorluq hücum nəticəsində 7 nəfərin həyatını itirdiyini, 43 nəfərin yaralandığını, 15 hərbi və 30 mülki avtomobilin məhv edildiyini açıqlayıb. Dəyən ümumi maddi ziyanın məbləği 89 milyon rubl (1,1 milyon dollar) hesablanıb.

Növbətçi zabitin hava məkanını raketlərə bağlamaq üçün bütün hava hücumundan müdafiə sistemi imkanlarına malik olduğu, lakin vəzifəsinə etinasızlıq göstərdiyi iddia edilir.

Adı açıqlanmayan zabitin 2022-ci ilin may ayından etibarən nəzarətdə saxlanıldığı öyrənilib.