Rusiya Quru Qoşunlarının baş komandanı Ermənistana niyə gəldi?

19:48 14.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 14-də Ermənistan müdafiə naziri Suren Papikyan Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu və  Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsindəki “sülhməramlı” qüvvələrin yeni təyin olunmuş komandanı, general-mayor Kirill Kulakovu qəbul edib. Ordu generalı O. Salyukov “sülhməramlı” qüvvələrin yeni təyin olunmuş komandanı, general-mayor Kirill Kulakovu Ermınistan müdafiə nazirinə təqdim edib.

Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.

Ermənistan Respublikasının müdafiə naziri general-mayor Kulakovu yeni vəzifəyə başlaması münasibətilə salamlayıb və ona “sülhməramlı” missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan sərhədində və  Qarabağın dağlıq hissəsində yerləşən Rusiya “sülhməramlı” kontingentinin məsuliyyəti zonasında əməliyyat vəziyyəti, mövcud problemlər, o cümlədən Rusiya “sülhməramlı” missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələlər müzakirə edilib.