Rusiya səfərbərliklə çağrılanları tələsik UKRAYNAYA GÖNDƏRDİYİNİ TƏSDİQLƏDİ

20:04 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Telegram-kanalında bildirib ki, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan Rusiya Federasiyası vətəndaşları Luqansk Xalq Respublikasına (LXR) gəliblər.

Hafta.az bildirir ki, Rusiya hərbi idarəsi poliqonlardan birində təlim keçən səfərbərlərin LPR sakinləri ilə görüşünün görüntülərini dərc edib. "Luqansk Xalq Respublikasının sakinləri Rusiyadan səfərbər olunmuşlarla görüşür", - yayımlanan kadrların şərhində deyilir.

Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində ehtiyata çağırılan hərbi qulluqçuların döyüş təlimləri keçdikdən sonra xüsusi əməliyyat zamanı azad edilmiş ərazilərə nəzarət tapşırıqlarına başlayacaqlarını bildirmişdi.

Oxunma sayı 1971
Gündəm rubrikasından digər xəbərlər