Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb

17:23 24.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Hafta.az-ın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda bildirilir: “Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”.