Rusiyada 11 milyon insanın ən azı 3 kredit borcu var

10:45 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlin birinci yarısında Rusiyada kredit borcu olan vətəndaşların sayı 47 milyon nəfərə çatıb.

Hafta.az-ın Rusiya Mərkəzi Bankının məlumatına istinadən yazdığına görə, bir il ərzində 3 və daha çox kredit borcu olan şəxslərin sayı 11,1 milyon nəfərə yüksəlib.

Kredit kartı borclarının sayı 3 milyon artaraq 23 milyona çatıb. Qurumun diqqətə çatdırdığı digər statistika isə ikinci rübdə ipoteka kreditindən istifadə edən hər 10 nəfərdən 8-nin istehlak krediti borcunun olmasıdır. Mərkəzi Bank bu fikirdədir ki, bu insanların 6 faizi ilk ipoteka ödənişini etmək üçün istehlak kreditlərindən istifadə edir.

Rusiyada uçot dərəcəsi ötən həftə 13 faizdən 15 faizə qaldırılıb. Mərkəzi Bankın sədri Elvira Nabiullina faiz artırmağa davam edə biləcəklərinə işarə edir.