Rusiyada alıcılıq qabiliyyəti azalacaq

09:10 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Faiz dərəcələrinin artırılması qərarından sonra Rusiya Mərkəzi Bankı 2024-2025-ci illər üçün ortamüddətli makro ssenarilərini açıqlayıb. Hazırlanmış baza ssenarisində 2023-cü ildə sərt pul siyasəti şəraitində başlayan istehlak bumunun 2024-cü ildə sona çatacağı təxmin edilir.

Hafta.az-ın yazdığına görə, faiz artımından sonra kreditlərin 1 faiz kiçiləcəyi gözlənilir. Avqustda açıqlanan proqnozda ev təsərrüfatlarının xərclərinin 2 faiz artacağı proqnozlaşdırıldığı halda, yeni proqnozda 0,5-1,5 faiz azalma gözləntiləri yer alır.

Yeni proqnoz 2024-cü il üçün artım gözləntisini də 2,5 faizdən 1,5 faizə endirib.

İdarə Heyətinin son iclasında Mərkəzi Bank uçot dərəcəsini 100 bənd artıraraq 13 faizə çatdırıb.

Oxunma sayı 188