Rusiyada rekord taxıl yığılıb: 147 milyon ton

09:26 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın taxıl anbarı olan Rusiya bu il taxıl istehsalında rekord qırıb. Rusiyada 147 milyon ton taxıl yığılıb ki, bunun 65 milyonu ixrac ediləcək.

Hafta.az-ın yazdığına görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi qeyd olunan rəqəmə işğal altındakı Ukrayna torpaqlarından yığılan məhsul da əlavə edilib.

Nazirlik ölkə daxilində logistika sahəsində müəyyən problemlərin olduğunu, xüsusilə dəmir yolu ilə bağlı çətinliklərin ixraca təsir etdiyini, bu problemlərin aradan qaldırılması üçün yeni sınaqların aparıldığını, Leninqrad vilayətində yeni taxıl limanının açıldığını bildirib. Nazirlik həmçinin Sibirdən Baltik limanına diqqət yetirərək yeni ixrac marşrutlarının müntəzəm olaraq fəaliyyətə başlaması ilə tarixən cənuba istiqamətli axınların qarşısının alınmasının vacibliyini vurğulayıb.