Rusiyada yoluxucu xəstəliklər rekord səviyyədə artıb

09:15 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son vaxtlar üçüncü dünya ölkələrində rast gəlinən yoluxucu xəstəliklərin artması ilə bağlı xəbərdarlıq edilir.

Hafta.az-ın “Novıye İzvestiya” qəzetinə istinadən yazdığına görə, Rusiyada sifilis, hepatit və anoplura kimi xəstəliklər artmaqdadır.

Rusiya İctimai Sağlamlıq və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin (Rospotrebnadzor) keçmiş rəhbəri Gennadi Onişenko qeyd edib ki, bəzi xəstəliklərə yoluxma halları 60 faiz artıb.

Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, ölkədə bir ildə hepatit A xəstələri 64,7 faiz, B və C hepatitləri isə müvafiq olaraq 47,2 və 59,5 faiz yüsəlib.

Sifilis xəstələrinin artımı 7,4 faiz təşkil edib.

Bildirilir ki, Moskvada sifilisə yoluxma göstəricisi ümumilikdə ölkə göstəriciləri ilə müqayisədə 5,1 dəfə çoxdur.