Rusiyalı iş adamı Putinin başına 1 milyon dollar mükafat qoydu

10:55 03.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada gedən müharibənin 8-ci günü dünyanı heyrətə salan məlumat elə rusların özü tərəfindən yayılıb.

Hafta.az-ın Newsweek-ə istinadən yazdığına görə, rusiyalı iş adamı, keçmiş bankir Aleks Konanixin, Rusiyanın qonşu Ukrayna ilə müharibəyə başlamasının bir nömrəli baiskarı olan prezident Vladimir Putinin başına 1 milyon dollar mükafat təyin edib. 

Konanixin bu barədə dünən öz şəxsi facebook səhifəsində paylaşım edib. O, bütün hərbçilərə və hətta məmurlara xitabən, Putinin beynəlxalq qanunlara əsasən hərbi cinayətkar olduğunu və onu tezliklə həbs edərək, ədalət divanına təslim etməyə çağırıb. "Şəxsən mən bir etnik rus və bir Rusiya vətəndaşı olaraq bunu mənəvi vəzifə hesab edirəm. Kim Putinin ölüsünü və ya dirisini gətirsə, ona 1 milyon dollar mükafat veriləcək", - deyib rusiyalı iş adamı.

O, savaş boyunca Ukrayna xalqına və dövlətinə əlindən gələn hər yardımı göstərəcəyinə də söz verib.