Rusiya Dövlət Statistika Xidməti (Rosstat) 2030-cu ilə qədər ölkə əhalisinin doğum sayının azalması və orta yaş həddinin artması səbəbindən 3 milyondan çox azala biləcəyini proqnozlaşdırıb.
Hafta.az-ın yazdığına görə, 2023-cü il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 milyon 447 min 400 nəfərdir. “Rosstat” 2030-cu ilədək ölkə əhalisinin 3 milyon 192 min 300 nəfər azalacağını təxmin edir.
Amma Moskva əhalinin sayını yeni torpaqları işğal etmək hesabına artırmaq niyyətində görünür. Rusiyada düşünürlər ki, işğal altındakı Ukrayna torpaqlarında 2024-cü ildə 3 milyon 230 min nəfərin yaşayacağı ehtimal olunur və bu rəqəm Rusiyanı əhalinin azalması təhlükəsindən xilas edə bilər.
Əslində isə, 2030-cu ildə Rusiya əhalisinin işğal altındakı torpaqlar istisna olmaqla 143 milyon 255 min nəfərə qədər azalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Rusiya əhalisi 2012-ci il yanvarın 1-də 143 milyon 60 min nəfər olub.
2014-cü ildə Krımın ilhaqı ilə əhalinin sayında 1,9 milyon nəfər artım olub.