Rusiyanın hərbçilərlə dolu iki yük maşınını partlatdı

16:33 16.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gizli partizan təşkilatı Ukraynanın Xerson vilayətinin  müvəqqəti işğal olunmuş Geniçesk şəhərində uğurlu təxribat törədib, ruslarla birlikdə iki yük maşınını partladıb.

Hafta.az xəbər verir ki, “UNİAN” bu haqda  "Atəş" hərəkatından olan partizanlara istinadla məlumat yayıb.

 İşğalçıların sentyabrın 15-i səhər saatlarında partladıldığı qeyd edilir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin keçmiş hərbçisi qonşu bölmənin texnikası və şəxsi heyətinin şəhərin girişində, tərk edilmiş sənaye binalarının yaxınlığında yerləşdiyini öyrənib.

O, 10 kiloqramlıq “hədiyyə”ni orada gizlədib.” Hərbçilər texnikanı tərk edəndə partlayıcılar işə düşüb. Nəticədə içərisi Rusiyanın şəxsi heyəti olan iki yük maşını məhv edilib.