Yazını böyüt
Yazını kiçilt
Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar, Facebook üzərindən yaydığı məlumatda düşmənə vurulan zərbənin nəticələrini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, A.Malyar bildirib ki, sitat: son məlumata əsasən işğalçı rus ordusu böyük itkilər verib. Rusiya son üç gün ərzində ümumilikdə 4300 əsgər itirib. Bundan əlavə, rusların 27 döyüş təyyarəsi, 26 helikopteri, 146 tankı, 706 zirehli döyüş maşını, 49 topu, 2 gəmisi, 1 Buk Hava Hücumundan Müdafiə sistemi, 4 Grad roket qurğusu qəhrəman Ukrayna ordusu tərəfindən məhv edilib. Əminik ki, düşmən üzərində qələbəmizə gedən yolda ruslar daha çox itki verəcək.