Rusiyanın neft gəlirləri rekord qırdı

10:05 13.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

G7-nin tətbiq etdiyi 60 dollarlıq tavana baxmayaraq, Rusiya sentyabrda gündəlik neft ixracını 7,6 milyon barrelə çatdıraraq 18,8 milyard dollar gəlir əldə edib. Gazeta.ru yazır ki, aylıq əsasda ən böyük neft gəliri 2022-ci ildən əldə edilib.

Hafta.az-ın yazdığına görə, Beynəlxalq Enerji Agentliyinin açıqladığı məlumatlara əsaslanan xəbərdə sentyabrda neft və neft məhsulları ixracından əldə edilən gəlirlərin 1,8 milyard dollar artdığına dair məlumatlar yer alır.

Rusiyanın ən böyük neft müştəriləri yenə Çin və Hindistan olub.

Rusiya mart ayından gündəlik neft hasilatını 500 min barel azaldıb. Tətbiq 2024-cü ilin sonuna qədər davam edəcək.