Rusiyanın rəsmi statistika xidməti avqustda hepatitlərin əvvəlki illə müqayisədə iki dəfə artdığını qeyd edib. Yalnız avqust ayında yeni diaqnoz qoyulan xəstələrin sayı 500-ü ötüb.
Hafta.az-ın yazdığına görə, bu barədə “Rosstad” hesabat açıqlayıb. Məlumata görə, hepatit A-ya yoluxma sayı 140 faiz, hepatit B-yə 200 faiz, hepatit C-yə yoluxma isə 13 faiz artıb.
Hesabatda diqqət çəkən başqa bir açıqlama isə göy öskürək halları ilə bağlıdır. Avqustda diaqnoz qoyulan xəstələrin sayı əvvəlki illə müqayisədə 18,3 dəfə artıb. Xəstəliklərin 94 faizi uşaqlardır.
Digər tərəfdən, 2022-ci ildə artan sifilis hadisələrinin sayı avqust ayında 23 faiz azalıb. İmmun çatışmazlığı diaqnozu qoyulan xəstələrin sayının 5700-dən 4800-ə endiyi bildirilir.
Ekspert həkimlər hepatit A kimi xəstəliklərin artmasında müharibənin rol oynaya biləcəyini düşünürlər. Moskva Dövlət Universitetinin Tibb Təhsili Mərkəzindən Georgi Vikulov bildirib ki, bir çox əsgərdə hepatit A şübhəsi var.