Rusların Türkiyədə istirahəti bu yay neçəyə başa gələcək?

11:00 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yay Türkiyədə 10 günlük istirahət rusiyalı turistlərə 190-220 min rubla (2 min - 2400 dollar) başa gələcək. Rusiya Tur Operatorları Assosiasiyası ATOR 4 ulduzlu oteldə iki nəfər üçün hər şey daxil tətilin qiymətini belə hesablayır.

Hafta.az-ın yazdığına görə, bu yay Antalyanın 5 ulduzlu otellərində istirahət etmək istəyən rus turistlər 250 - 300 min rubl arasında məbləğ ödəməli olacaqlar. Deluxe kateqoriyasında qiymətlər 400-600 min rubla qədər qalxır.

TASS-a danışan ATOR rəsmiləri bildiriblər ki, türk otelləri bu il rusiyalı turistləri cəlb etmək üçün avroda endirimlər edib. Lakin məzənnənin artması ilə əlaqədar Türkiyə turlarının qiyməti rublla 7-8 faiz artıb.

Oxunma sayı 165