Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili başqa dövlətdə işlədiyi üçün bundan sonra siyasətlə məşğul ola bilməyəcək. TASS xəbər verir ki, bunu ölkənin Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze deyib.
“Həbs olunan şəxs siyasi fəaliyyətlə necə məşğul olmalıdır? Belə bir sual yəqin ki, yumoristik janrdandır”, - Breqadze bildirib.
Ədliyyə Nazirliyinin rəhbəri eks-prezidentin baş komandan kimi ölkəsini və vətəndaşlarını tərk edərək başqa dövlətə işləmək üçün siyasətdə iştirakını qeyri-mümkün adlandırıb.