Sentyabrın 8-10-da Moskvada keçiriləcək mer seçkiləri öncəsi heç bir həyəcan yoxdur. Son sorğuda seçicilərin nəbzi saxlanılarkən, Sergey Sobyaninin asanlıqla qalib gələcəyi “formal seçki” olacağına dair şərhlər verilir. 2018-ci il seçkilərində Sobyanin 70 faiz səs toplayıb.
Hafta.az-ın yazdığına görə, Rusiya İctimai Tədqiqatlar Mərkəzinin (VTsiOM) sorğusuna əsasən, seçicilərin yalnız 38 faizi seçkilərə getməyə hazırlaşır.
Sorğunun nəticələrinə görə, hazırkı mer Sergey Sobyaninin 77,5 faiz, namizəd Leonid Zuqanovun isə 7 faiz səs alacağı gözlənilir. 35 yaşlı Zuqanov Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Zuqanovun nəvəsidir. Vladislav Davankonun səs faizi 5,6 faiz, Liberal Demokrat Partiyasının namizədi Boris Çernışovun səs faizi isə 5,3 faiz olub. Ən aşağı səsi (2,4 faiz) Ədalətli Rusiya Partiyasının namizədi Dmitri Qusevin alacağı gözlənilir.
Gələn bazar günü Moskvada tamamlanacaq seçkilərdə beş il müddətinə bələdiyyə başçısı müəyyənləşəcək.
2023-cü il yanvarın 1-nə Rusiya paytaxtında 7 milyon 596 min 125 seçici qeydə alınıb.
65 yaşlı Sobyanin 2013-cü ildən Moskvanın meridir.