Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

22:42 18.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansındakı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a bildirilib ki, hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla, 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.