Şahdağa qar yağıb

11:03 04.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 9:00-a olan məlumatına əsasən noyabrın 3-də axşam, 4-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.

Xidmətdən verilən məlumata görə, Şahdağın 3 min metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 millimetrədək olub.

Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda duman müşahidə olunub. Görmə məsafəsi 500 metrədək məhdudlaşıb.

Qərb küləyi əsib, arabir Naftalanda 18 metr/saniyəyədək güclənib.