Salyanda "VAZ" yanıb

23:00 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü hafta.az-a verilən məlumata görə, Salyan rayonu (Ələt-Astara avtomobil yolunun 61-ci kilometrliyi) ərazisində "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.