Samvel Şahramanyan fəallaşır: İrəvanda növbəti görüş keçirdi... - FOTO

16:53 09.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağda 32 il faktiki fəaliyyət göstərmiş separatçı-terrorçu rejimin məhvi ilə nəticələnmiş Azərbaycan ordusunun sentyabrın 19-20-dəki lokal hərbi əməliyyatından bir neçə gün sonra dövlət sərhədindən Ermənistana keçə bilmiş həmin rejimin sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan siyasi baxımdan fəallaşmaqda davam edir. Noyabrın 9-da o, İrəvanda yeni yaradılmış “artsax ermənilərinə dəstək” qeyri-hökumət təşkilatının üzvləri ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu haqda tert.am qondarma “artsax” informasiya qərargahına istinadla məlumat yayıb.

S.Şahramanyan “təşkilatın məqsədini, yəni son hərbi əməliyyatlar nəticəsində məcburi köçkün düşmüş artsax ermənilərinin ən həssas qruplarını dəstəkləməkdən ibarət olduğunu alqışlayıb və gələcəkdə də onlara dəstək verməyə hazır olduğunu bildirib”.

Xəbərdə deyilir ki, görüşdə qondarma “rəhbər” QHT üzvlərinin suallarını da cavablandırıb.