Şeyxülislam dindarlarla Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

14:52 12.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Bu barədə hafta.az QMİ-dən məlumat verilib.

Bildirilib ki, din xadimləri Ulu Öndərin ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.