Silahlı şəxs Rusiya Müdafiə Nazirliyinin binasına daxil olmağa cəhd etdi

14:19 07.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Moskvanın mərkəzində Rusiya Federasiyası Müdafiə Nazirliyinin binasına silahlı şəxs soxulmağa cəhd edib.

Hafta.az xəbər verir ki, bu barədə aprelin 7-də “TASS” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə Müdafiə Nazirliyinin əsas binasının yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib.

“Adekvat vəziyyətdə olan şəxs əlində silahla nazirliyin ərazisinə soxulmağa cəhd edib, eyni zamanda yüksək səslə qışqırıb və əllərini yelləyib. Qanun pozucusu dərhal saxlanılıb. Ancaq o, əməlinin motivini izah edə bilməyib.

Mənbə bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin məlumata görə, həbs edilən şəxs pnevmatik tapançadan istifadə edib. Qanun pozucusu barəsində xırda xuliqanlıq faktı ilə protokol tərtib edilib və o, psixiatrik ekspertizaya göndərilib”- xəbərdə belə deyilir.