Subsidiyaların təyinatı üzrə istifadə olunmasına ciddi nəzarət edilməlidir - İqtisadçı

14:41 30.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Aqrar sektorun subsidiyalaşdırılması çox önəmli məsələdir. Məsələ ondadır ki, Azərbaycan aqrar ölkədir. Bir sıra məhsulların istehsalı üçün ölkədə əlverişli iqlim mövcuddur. Bu səbəbdən aqrar sektorun inkişafı üçün çox böyük perspektivlər və ehtiyatlar var.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı ekspert, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, ona görə də dövlətimiz ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektora xüsusi önəm verir:

"Nəticədə kənd təsərrüfatına verilən dövlət dəstəyi ilbəil artır. Subsidiyaların artırılması dövlətin aqrar sektora olan münasibətindən irəli gəlir. Məqsəd bu sahənin daha dinamik inkişafını təmin etməkdir. Bundanəvvəlki dönəmlərdə subsidiyaların verilməsində çox böyük pozuntular aşkarlanmışdı. Mexanizmlər nə qədər təkmillləşdirilsə də, nəzarət tədbirləri də bir o qədər artırılmalıdır. Subsidiyaların təyinatı üzrə istifadə olunmasına ciddi nəzarət edilməlidir. İşbazlar həmin vəsaitləri mənimsəmək üçün mütləq  yeni yollar axtaracaqlar” .