Sudanda ərzaq çatışmazlığı nəticəsində 1200 uşaq ölüb

14:51 21.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərbi əməliyyatlar zamanı Sudandan qaçaraq qonşu ölkələrdəki qaçqın düşərgəsində məskunlaşanlar ərzaq və tibbi ləvazimat çatışmazlığı ilə üzləşiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

BMT-nin uşaq fondu-UNICEF-in nümayəndəsi Ceyms Elder bildirib ki, cari ilin may ayından sentyabradək qaçqın düşərgələrində 1200 uşaq ölüb. Ölümlərin səbəbi əsasən ərzaq, təmiz su və tibbi ləvazimatların çatışmazlığı olur.

UNICEF-in nümayəndəsi beynəlxalq təşkilatlar və donor ölkələrə yardım göstərmək üçün müraciət edib.

Qeyd edək ki, Sudanda daxili çəkişmələr nəticəsində ölkədə ictimai-siyasi vəziyyət pozulub.