"İstehlakçıdan alınan çiy südün qiyməti 1 iyun-31 dekabr tarixlərində hər 1 litr üçün 3,2 lirə qəbul edilsə də (40 qəpik civarında), son vaxtlar istehsalçıların xərcinin artması səbəbindən qiymətlərə artım edilib".
Hafta.az-ın yazdığına görə, bu xəbər Türkiyə Milli Südçülər Şurasının internet səhifəsində yaydığı məlumatda deyilir. Bildirilir ki, aşağı qiymət istehsalçılara böyük zərər gətirir və bu da öz növbəsində istehsalın azalmasına səbəb verir.
"Bunu nəzərə alaraq, dekabrın 8-dən etibarən çiy südün hər litri üçün 1,5 lirə artım edərək 4,7 lirə qiymət təyin edilir", - açıqlamada deyilir.
Yəni, dekabrın 8-dən etibarən Türkiyədə çiy inək südünün bir litrinin qiyməti 1,5 lirə artaraq 4,7 lirə (təxminən 50 qəpik) olacaq.
Sonda qeyd edək ki, hazırda Azərbaycan supermarketlərində Türkiyə istehsalı olan 40 qəpiklik südün bir litri 3-4 manat qiymətinə satılır...